İlk dəfə
ingilis psixiatrı Lorna Uinq tərəfindən
müəyyən edilən və
avstriyalı psixiatr və pediatr
Hans Aspergerin şərəfinə Asperger
sindromu adlandırılan autistik psixopatiya halı Bethoven, Motsart, Eynşteyn, İmmanuel Kant ,
Corc Oruel, Benjamin Franklin, Bill Geyts, Vudi Allen və Mikelancelo
kimi dühaların ortaq probelmidi. Sindromu təyin etmək çətin məsələ olduğu üçün
adətən erkən yaşlarda aşkarlana bilmir və müəyyən yaşdan sonra bu diaqnoz təsdiqlənir.
Çox vaxt da bu sindrom Autizmlə səhv salınır. Autistiklərdən fərqli olaraq bu
cür uşaqlarda zehni inkişaf zəifləmir,geri qalmır,əksinə demək olar ki, əksəriyyətində yüksək inkişaf etmiş zəkaya rast gəlinir.və
özlərinə qapılmaq əvəzində bu uşaqlar cəmiyyət həyatına uyğunlaşmağa cəhd edirlər. Əsas üç əlaməti :
-
duyğuların
ifadəsində çətinlik
-
empatiya
qurmaqda çətinlik
-
sözlərin
məcazi mənasını anlamaqda çətinlik
Bu cür uşaqlar ətrafdakılarla münasibət
qurmaqda çətinlik çəkir,sözlərin yalnızca
birbaşa mənasını
anlayır,zarafatları başa düşə bilmir,danışıqlarında jestlərdən,mimikadan
istifadə etmədən,monoton olurlar. İnsanlarla göz təması qurmaqdan qaçırlar. Qarşısındakı
insanı dinləmək əvəzinə uzun-uzadı öz maraq dairələrində olan mözudan danışa
bilirlər. Çox vaxt kolleksiya toplamağa meyl edirlər,nəyləsə maraqlanarkən bilgiləri ancaq dar çərçivədə,olduqca çox
toplayırlar. Məsələn fotolar,mexanizmlər filan haqda maraqlanmadan yüzdən artıq
fotoaparat markası əzbərləyə bilərlər.
Texniki sahədə,riyaziyyatda xüsusi istedadlı
olurlar,ümumiyyətlə çoxunda hansısa xüsusi qabiliyyət,istedad olur.Rəqəm yaddaşları
olduqca güclü olur,bu cür uşaqlar hətta bir il əvəl danışılan söhbəti olduğu kimi xatırlayıb nəql
edə bilərlər,xırda detallara qədər.
Hər gün eyni yolla,eyni avtobusla getməyə
üstünlük verir,yaxud getdiyi yol boyunca bütün elektrik dirəklərinə bir-bir əl
vurmaq kimi adətləri olur.
Çox vaxt
bircə nəfərlə dostluq edirlər və bu adam da adətən özləri kimi biri
olur.
Sindrom
geniş öyrənilməmiş və səbəbləri haqda
dəqiq məlumat yoxdur. Lakin ətraf mühitin zərərləri faktorları,beyin zədələnmələri,doğuş
travması,erkən yaşda keçirilmiş xəstəliklərin
sindromun yaranmasına birbaşa əlaqəsi
olduğu düşünülür. Sindromun genetik
ötürüldüyü fikri də irəli sürülmüşdür və bu sindroma
oğlanlarda qızlara nisbətdə 8 dəfə çox rast gəlinir.
Sindrom bütün həyatı boyu insanı izləməkdə davam edir.
Əgər
uşaqlarınızda belə əlamətlərə rast gəlimizsə sindromdan şübhələnə bilərsiz. Məncə o qədər
də çox narahat olmayın bəlkə də ailənizdə yeni bir Eynşteyn ya da Vudi Allen yetişir ?
Hiç yorum yok:
Yorum Gönder