...

...

16 Aralık 2014 Salı

Asperger sindromlu uşaqlar və sonrakı həyatları

                                                              


İlk dəfə ingilis psixiatrı Lorna Uinq  tərəfindən müəyyən edilən     avstriyalı  psixiatr və pediatr Hans Aspergerin şərəfinə  Asperger sindromu adlandırılan   autistik psixopatiya halı  Bethoven, Motsart, Eynşteyn, İmmanuel Kant , Corc Oruel, Benjamin Franklin, Bill Geyts, Vudi Allen və  Mikelancelo  kimi  dühaların  ortaq probelmidi.  Sindromu təyin etmək çətin məsələ olduğu üçün adətən erkən yaşlarda aşkarlana bilmir və müəyyən yaşdan sonra bu diaqnoz təsdiqlənir. Çox vaxt da bu sindrom Autizmlə səhv salınır. Autistiklərdən fərqli olaraq bu cür uşaqlarda zehni inkişaf zəifləmir,geri qalmır,əksinə demək olar ki, əksəriyyətində  yüksək inkişaf etmiş zəkaya rast gəlinir.və özlərinə qapılmaq əvəzində bu uşaqlar cəmiyyət həyatına uyğunlaşmağa  cəhd edirlər. Əsas üç əlaməti :
       -          duyğuların ifadəsində  çətinlik
       -          empatiya qurmaqda çətinlik
       -          sözlərin məcazi mənasını anlamaqda çətinlik
Bu cür uşaqlar ətrafdakılarla münasibət qurmaqda çətinlik çəkir,sözlərin yalnızca  birbaşa mənasını  anlayır,zarafatları başa düşə bilmir,danışıqlarında jestlərdən,mimikadan istifadə etmədən,monoton olurlar. İnsanlarla göz təması qurmaqdan qaçırlar. Qarşısındakı insanı dinləmək əvəzinə uzun-uzadı öz maraq dairələrində olan mözudan danışa bilirlər. Çox vaxt kolleksiya toplamağa meyl edirlər,nəyləsə maraqlanarkən  bilgiləri ancaq dar çərçivədə,olduqca çox toplayırlar. Məsələn fotolar,mexanizmlər filan haqda maraqlanmadan yüzdən artıq fotoaparat markası  əzbərləyə bilərlər.
Texniki sahədə,riyaziyyatda xüsusi istedadlı olurlar,ümumiyyətlə çoxunda hansısa xüsusi qabiliyyət,istedad olur.Rəqəm yaddaşları olduqca güclü olur,bu cür uşaqlar hətta bir il əvəl  danışılan söhbəti olduğu kimi xatırlayıb nəql edə bilərlər,xırda detallara qədər. 
Hər gün eyni yolla,eyni avtobusla getməyə üstünlük verir,yaxud getdiyi yol boyunca bütün elektrik dirəklərinə bir-bir əl vurmaq kimi adətləri  olur.
Çox vaxt  bircə nəfərlə dostluq edirlər və bu adam da adətən özləri kimi biri olur.
Sindrom  geniş öyrənilməmiş və səbəbləri haqda  dəqiq məlumat yoxdur. Lakin ətraf mühitin zərərləri faktorları,beyin zədələnmələri,doğuş travması,erkən yaşda keçirilmiş  xəstəliklərin sindromun yaranmasına  birbaşa əlaqəsi olduğu düşünülür.  Sindromun genetik ötürüldüyü   fikri  də irəli sürülmüşdür və  bu sindroma  oğlanlarda qızlara nisbətdə 8 dəfə çox rast gəlinir.
Sindrom bütün həyatı boyu insanı izləməkdə davam edir.
Əgər  uşaqlarınızda belə əlamətlərə rast gəlimizsə  sindromdan şübhələnə bilərsiz. Məncə o qədər də çox narahat olmayın bəlkə də ailənizdə yeni bir Eynşteyn  ya da Vudi Allen yetişir ?














Hiç yorum yok:

Yorum Gönder